Kiyev və onun Avropa müttəfiqləri ABŞ-ın Ukraynada sülh yolu ilə nizamlanma planını müzakirə etməkdən yayınarsa, Kupyansk istiqamətində yaşanan hadisələr cəbhənin digər hissələrində də təkrarlana bilər.
Gündəm24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib. O, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının iclasında səsləndirib.
“Əgər Kiyev Trampın təkliflərini müzakirə etmək istəmirsə, onlar və avropalı tərəfdaşları başa düşməlidirlər ki, Kupyanskdakı kimi proseslər qaçılmaz olaraq yenidən baş verəcək”, – Putin vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna və onun müttəfiqləri vəziyyəti düzgün qiymətləndirmir, hələ də Rusiyaya döyüş meydanında strateji məğlubiyyət vermək xəyalına düşüblər.
Putin qeyd edib ki, nə Kiyev, nə də Avropa cəbhə xəttində baş verənlərin real nəticələrini dərk edir.














