Çərşənbə axşamı, İyul 7, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlham Əliyev qanun imzaladı

06/07/2026 15:41
Manşet, Siyasət
54 2
İlham Əliyev qanun imzaladı
71
Baxış sayı

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Gündəm24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb.

Dəyişikliyə əsasən, məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda götürülə biləcək. Bu halda kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək.

Həmçinin dəyişikliklə ağac və kol anlayışlarının izahı da dəqiqləşdirilib. Belə ki, sənədə əsasən, ağac – oduncaqlaşmış bir əsas gövdəyə və çətirə malik, torpaq səthindən yuxarıda budaqlanan çoxillik bitki, kol dedikdə isə oduncaqlaşmış gövdələrə və çətirə malik, aydın müəyyən edilmiş əsas gövdəsi olmayan, torpaq səthindən (kök boğazdan) budaqlanan çoxillik bitki nəzərdə tutulacaq.

Qanun layihəsində vurğulanıb ki, kolların kəsilməsi ilə bağlı məlumatlandırma icraatı həyata keçiriləcək.

Kolların kəsilməsi üçün müəyyən edilmiş hal mövcud olduqda ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl kəsiləcək kolların sayı, cinsi, növü, hündürlüyü, fotoşəkli, həmin kolların yayıldığı ərazinin ölçüsü (hektarla), kolların kəsilməsini zəruri edən hal, kolların yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, habelə ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi (FİN-i), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, həmçinin onun vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin surəti, hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə məlumat veriləcək.

Bildirilib ki, ərizəçi tərəfindən yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsi qadağandır.

Sənədə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 10 təqvim günü müddətində həmin kolların kəsilməsinə dair irad ərizəçiyə təqdim edilmədikdə ərizəçi kolların kəsilməsini həyata keçirə biləcək.

İrad olduqda həmin irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

Dövlət başçısı “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 422-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.

Oxşarxəbərlər

Prezident fərman imzaladı
Manşet

Prezident fərman imzaladı

07/07/2026 18:58
54
İlham Əliyev qanun İMZALADI
Manşet

İlham Əliyev qanun İMZALADI

07/07/2026 16:06
60
TƏCİLİ! Prezidentdən önəmli FƏRMAN
Manşet

TƏCİLİ! Prezidentdən önəmli FƏRMAN

07/07/2026 16:05
59
Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR
CƏMİYYƏT

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
63
İlham Əliyev Sərəncam İMZALAYIB
Manşet

İlham Əliyev Sərəncam İMZALAYIB

07/07/2026 10:00
58
Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər
Manşet

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

07/07/2026 09:50
57

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

24 yaşlı gənc Mingəçevirdə su anbarında boğulub

24 yaşlı gənc Mingəçevirdə su anbarında boğulub

07/07/2026 21:37
52
Bakının Şağan qəsəbəsində otluq ərazi yanır

Bakının Şağan qəsəbəsində otluq ərazi yanır

07/07/2026 21:19
51
Hüseyn Dəryanın məzarından görüntülər yayıldı – VİDEO

Hüseyn Dəryanın məzarından görüntülər yayıldı – VİDEO

07/07/2026 21:14
50
54 yaşlı kişinin güllələnmiş meyiti tapıldı

54 yaşlı kişinin güllələnmiş meyiti tapıldı

07/07/2026 21:07
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
63

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

07/07/2026 09:50
57

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

06/07/2026 10:07
63

Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

03/07/2026 10:02
66

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In