Kiyev NATO istehsalı M777-lərlə mülki obyektləri hədəfə alır – İDDİA
Hərbi ekspert Andrey Maroçkonun TASS-a açıqlamasına görə, Kiyev Donetsk Xalq Respublikasının Mayaki yaşayış məntəqəsi yaxınlığına NATO-nun istifadə etdiyi M777 155 mm haubitsaları ilə silahlanmış artilleriya bölməsi yerləşdirib. Gündəm24.az xəbər verir ki, Ukrayna qüvvələri bu silahlardan əsasən Qırmızı Limanda və ətrafında mülki binalar və infrastruktur obyektlərinə atəş açmaq üçün istifadə edir. Maroçko iddia edir ki, nəticədə şəhərdəki meydanlar, yaşayış binaları və digər mülki obyektlər ciddi zərər görüb.
Əli Səfərli,













