Bazar, Aprel 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Elmira Axundovadan “ağsaqqal”ının həbsinə reaksiya: “Təşəkkür edirəm”

15/10/2025 17:23
CƏMİYYƏT, Manşet
51 4
Elmira Axundovadan “ağsaqqal”ının həbsinə reaksiya: “Təşəkkür edirəm”
69
Baxış sayı
Azərbaycan siyasi elitasının səhnəsində qəribə səssizlik hökm sürür. Dünənə qədər Ramiz Mehdiyevin adını eşidəndə ayağa qalxan, onun qarşısında baş əyən, “Ramiz müəllim” kəlməsini müqəddəs bir söz kimi tələffüz edənlər, bu gün qəribə bir qorxu içindədirlər. Əksəriyyət danışmaq istəmir. Heç kim etiraf etmək istəmir ki, bir vaxtlar bu ölkənin ən qorxulu, ən nüfuzlu, ən toxunulmaz adamının qapısında saatlarla gözləyib.
Bu sükutun ən diqqətçəkən ünvanlarından biri isə sabiq deputat, eks-səfir Elmira Axundovadır.
Gündəm24.az xəbər verir ki, musavat.com-un əməkdaşı onunla əlaqə saxlayaraq, bu gün ev dustaqlığında olan Ramiz Mehdiyevlə bağlı fikrini öyrənməyə çalışıb. “Ramiz Mehdiyevin ən yaxın çevrəsinə daxil olan şəxs olmusunuz, onun həbsinə münasibətiniz necədir?” sualına Elmira Axundova qısa və məzmunsuz cavab verib. “Təşəkkür edirəm, təşəkkür edirəm…” – və telefonu qapadıb.
Halbuki Elmira Axundova uzun illər boyu Ramiz Mehdiyevin ən sadiq ideoloji silahdaşı kimi çıxış edirdi. O, Mehdiyevin kitablarının təbliğatçısı, onun “ağsaqqal siyasətçi obrazının” yaradıcısı idi. Onun deputat mandatı da, səfir postu da Ramiz Mehdiyevin masasından keçmişdi. Axundova bir vaxtlar danos-məktublarında Mehdiyevə “mənim dostum və ağsaqqalım” deyə müraciət edir, 2018-ci ildə ona “Xalq yazıçısı” adını şəxsən təqdim etdiyinə görə fərəhlə danışırdı. Dünən “dostum”, “ağsaqqalım” dedikləri bu gün “şübhəli şəxs” statusundadır deyə ona münasibət də dəyişib. Bir vaxtlar donos-məktublarla öz ağsaqqalını tərifləyən və başqalarını ləkələyən biri indi danışmağa söz tapmır?
Bakupost.az
O məktub 2018-ci ilin payızında yazılmış, Ramiz Mehdiyevə sədaqət andı kimi təqdim olunan, amma əslində, bir çoxlarını hədəfə alan donos ruhlu yazı Elmira Axundovanın kimliyini çoxdan açıb.
İndi isə vəziyyət fərqlidir. Ramiz Mehdiyev yıxılıb, onun köhnə dostları, sabiq müttəfiqləri, ideoloji tərəfdaşları sanki dillərini udublar. “Ramiz müəllimlə” bir kadrda görünməkdən, hətta adını çəkməkdən qorxurlar.
Bəli, Elmira Axundovanın bugünkü “təşəkkür” cavabı, əslində, bir etirafdır. Ramiz Mehdiyevin uzun illər ərzində yetişdirdiyi “sadiq çevrəsi” indi onu tək buraxmaqla, əslində, həm də onun özünün mahiyyətini üzə çıxarır. Görünür ki, bu, sadəcə qarşılıqlı fayda üzərində qurulmuş bir münasibətlər teatrıdır. Elmira Axundova isə bu teatrın ən tanınan aktrisasıdır.

Oxşarxəbərlər

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi
CƏMİYYƏT

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

12/04/2026 16:39
50
Yol polisindən əlverişsiz hava ilə bağlı XƏBƏRDARLIQ
CƏMİYYƏT

Yol polisindən əlverişsiz hava ilə bağlı XƏBƏRDARLIQ

12/04/2026 13:23
61
Ayın 13-də yağış intensivləşəcək, dolu düşəcək
CƏMİYYƏT

Ayın 13-də yağış intensivləşəcək, dolu düşəcək

12/04/2026 13:09
61
Müdafiə Nazirliyindən həftəlik icmal – VİDEO
CƏMİYYƏT

Müdafiə Nazirliyindən həftəlik icmal – VİDEO

12/04/2026 12:10
60
Bu şəxslər işdən məcburi çıxarılacaq
CƏMİYYƏT

Bu şəxslər işdən məcburi çıxarılacaq

12/04/2026 11:30
65
Pensiyalarla bağlı vacib AÇIQLAMA
CƏMİYYƏT

Pensiyalarla bağlı vacib AÇIQLAMA

12/04/2026 10:30
61

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Putinlə Pezeşkian danışdı

Putinlə Pezeşkian danışdı

12/04/2026 16:50
50
Anasına gülümsəyərək dediyi son söz – Məni öpməyəcəksən? – VİDEO

Anasına gülümsəyərək dediyi son söz – Məni öpməyəcəksən? – VİDEO

12/04/2026 13:30
58
Yol polisindən əlverişsiz hava ilə bağlı XƏBƏRDARLIQ

Yol polisindən əlverişsiz hava ilə bağlı XƏBƏRDARLIQ

12/04/2026 13:23
61
Ayın 13-də yağış intensivləşəcək, dolu düşəcək

Ayın 13-də yağış intensivləşəcək, dolu düşəcək

12/04/2026 13:09
61

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
152

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00

124

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
137

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In