Amerikalı enerji eksperti Tom Kloza qeyd edib ki, ölkənin xüsusiyyətləri və dünya bazarlarındakı vəziyyət səbəbindən bu, çətin olacaq.
Gündəm24.az xəbər verir ki, Amerikalı enerji eksperti Tom Kloza bildirib ki, Venesuelanın mürəkkəb neft xüsusiyyətləri və qlobal bazardakı artıq təklif səbəbindən ABŞ-ın iri neft şirkətlərinin bu ölkədə hasilata qayıtması son dərəcə çətin olacaq. Onun sözlərinə görə, yüksək kükürdlü, ağır və emalı bahalı Venesuela nefti həm ABŞ-ın Perm hövzəsi, həm də Kanadanın ağır xam nefti ilə rəqabətdə uduzur və tam itki belə qlobal bazarı sarsıda bilməz. Kloza vurğulayıb ki, 2025–2026-cı illərdə təklifin tələbi milyonlarla barel üstələməsi fonunda Venesuela nefti qlobal enerji balansı üçün həlledici faktor sayılmır.
Sədaqət Həsənova














