Gündəm24.az The Washington Post (WP) mənbələrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanındakı ABŞ səfirliyinin ərazisindəki Mərkəzi Kəşfiyyat İdarəsi obyekti pilotsuz təyyarə hücumuna məruz qalıb. Nəşr qeyd edir ki, hücum şübhəli şəkildə İran dronu tərəfindən həyata keçirilib və “İslam Respublikası üçün simvolik qələbə” hesab oluna bilər.
WP əlavə edib ki, MKİ əməkdaşlarından heç biri xəsarət almayıb, lakin səfirliyin binasının damının bir hissəsi dron zərbəsi nəticəsində çökmüş və fəaliyyət müvəqqəti dayandırılıb.
Sədaqət Həsənova














