Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının İmralı həbsxanasında PKK lideri Abdullah Öcalanla görüşməyə hazır olmasına dair açıqlamasına münasibət bildirib.
Gündəm24.az xəbər verir ki, Ərdoğan bildirib ki, Dövlət Bağçalının ilk gündən verdiyi bəyanatlar “Terrorsuz Türkiyə” prosesinin bu səviyyəyə gəlməsində misilsiz töhfə verib və bu cür açıqlamaların ölkədə sülh və təhlükəsizlik səylərinə dəstək olduğunu vurğulayıb.
Əli Səfərli,
Gundem24.az














