O əlavə edib ki, Türkiyə bölgənin təhlükəsizlik və sabitliyinə töhfə verə biləcəyinin fərqindədir:
“Xəzər dənizindən tranzitlə keçəcək Orta Dəhliz layihəsini daha da məhsuldar hala gətirməliyik”.
Türkiyə Prezidenti qeyd edib ki, türk dövlətləri olaraq elm və texnologiya sahəsində layiq olunan yerə ən qısa müddətdə çatmaq üçün birgə investisiyalar qoyulmalıdır:
“Ortaq əlifba xüsusunda Türkiyə olaraq ilk addımı atırıq və Çingiz Aytmatovdan danışan bir əsər ilə oğuznamələri ortaq əlifba ilə nəşr edirik və bu gün liderlərin hər birinə ondan bir ədəd təqdim edirik. Həmçinin gələn il Ankarada Türk dünyası nəşriyyatçılıq konqresini keçirməyi planlaşdırırıq”.













