Qrup iclasından sonra jurnalistlər prezident Ərdoğandan Maduroya Türkiyədə vəzifə təklif olunduğuna dair iddialar barədə soruşublar. Ərdoğan iddiaları təkzib edib.
Gündəm24.az xəbər verir ki, Bir jurnalist prezident Ərdoğandan “Maduroya Türkiyəyə səfər etmək imkanı təklif edilibmi?” deyə soruşub. Venesuela prezidenti Nikolas Maduro ilə bağlı suala Ərdoğan “Belə bir şey yoxdur. Bizə belə bir xəbər gəlməyib” cavabını verib.
DEM nümayəndə heyəti ilə görüş olub-olmayacağına dair suala cavab verən Ərdoğan bildirib ki, “Həmkarlarımız görüş tələbi alıblar. Görüşü əsasən qadınlar təşkil edəcək”.
Sədaqət Həsənova













