Cümə, Aprel 10, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Əsl kərə yağı 25 manata başa gəlir” – Bəs 6 manatlıq yağ nədən hazırlanır?

05/11/2025 11:35
CƏMİYYƏT, Manşet, Müsahibə, Sağlamlıq
53 2
“Əsl kərə yağı 25 manata başa gəlir” – Bəs 6 manatlıq yağ nədən hazırlanır?
70
Baxış sayı

Bir çox insan kərə yağının keyfiyyətindən çox narahatdır. Bəziləri yerli və Türkiyə istehsalından istifadə edərkən, bəziləri İran istehsalı kərə yağlarını daha keyfiyyətli hesab edir.

Kərə yağının keyfiyyətini necə anlamaq olar? Kərə yağından bir insan gündəlik nə qədər istifadə edə bilər?

Redaktor.az-a açıqlamasında qida eksperti İlkin Şirinov bildirdi ki, məhsul etiketlənməsi, xüsusilə də kərə yağı kimi məhsulların düzgün etiketlənməsi müasir dövrün ən böyük problemlərindən biridir:

“Müştərilərə ilk növbədə etiketləri diqqətlə oxumağı tövsiyə edirəm. Çünki bu günlərdə kərə yağı ilə bağlı başlıca problem odur ki, təbii kərə yağı və marqarin və ya bitki tərkibli yağlar arasında fərq çox vaxt müəyyən edilmir. Bu məsələdə həm istehlakçıların, həm də satış nöqtələrinin məsuliyyətləri böyükdür. Ən əsas məsələlərdən biri məhsulun üzərində düzgün etiketlənmənin olmamasıdır. Məsələn, 6 manat 50 qəpiyə satılan “kərə yağı” ilə 8 manat 10 qəpiyə satılanın arasındakı fərqi necə başa düşək? Bu qiymətə kərə yağı olması mümkündürmü? Kərə yağı məhsulunun istehsalı, daşınması, qablaşdırılması, etiketlənməsi və digər xərcləri nəzərə alındıqda belə ucuz qiymətlərin həqiqətən də təbii məhsul olma ehtimalı çox azdır. Bu, təbii ki, istehlakçını aldadıcı bir yanaşmadır. Kərə yağı 82-85% yağlılıq dərəcəsinə malik olmalıdır. Əgər bu nisbət 60-70% arasındadırsa, artıq həmin məhsulda marqarin qarışığı ola bilər. Əsl kərə yağı isə insanın əl temperaturunda əriməyə başlayır, amma bitki tərkibli yağlar, məsələn, soya və palma yağı qarışığı ilə hazırlananlar bu xüsusiyyəti daşımır. Bu, məhsulun formasını saxlamaq məqsədi ilə edilən bir praktikadır, lakin sağlamlıq üçün ciddi risklər yaradır. Ürək-damar xəstəlikləri, xərçəng riski kimi problemləri artırır”.
İlkin Şirinov - Food expert at Qayalı | LinkedIn

Ekspert əlavə etdi ki, kərə yağının rəngi açıq sarıdan tünd sarıya qədər dəyişə bilər:

“Rəngin tünd olması, bəzi hallarda, heyvanın yediyi yemə, həmçinin mövsümə görə dəyişir. Lakin əgər yağ çox tünddürsə və ya süni ətir gəlirsə, bu, boyalar və süni qatqıların əlavə edildiyini göstərir. Xolesterol və ürək-damar xəstəlikləri ilə bağlı problemi olan insanların bu cür qatqılı yağlardan uzaq durması vacibdir. Təbii kərə yağının tərkibi sadəcə süd və yağdan ibarət olmalıdır. Digər bitki tərkibli yağların tərkibində isə emulqatorlar və aroma verici maddələr mövcud olur. Bu da müştərilərin etiketləri diqqətlə oxuyaraq düzgün seçim etmələri üçün vacibdir. Bundan əlavə, etiketdə məhsulun istehsalçısı, sertifikatı və yağın yağlılıq dərəcəsi kimi məlumatların olması çox önəmlidir. Kərə yağı adını daşıyan məhsulun istehsalçısı bu məsuliyyəti tamamilə anlamalı və məhsulun tərkibini düzgün şəkildə açıqlamalıdır. İnsanları çaşdırmamaq, müxtəlif yönlərə istiqamətləndirməmək lazımdır”.

Müsahibimiz qeyd etdi ki, ev şəraitində kərə yağı hazırlamaq istəyənlər 1 litr südün tərkibindəki yağlılıq dərəcəsi 3-4% olduğu halda təxminən 30-35 qram kərə yağı əldə edə bilər. 

“Bu da o deməkdir ki, 25 litr südün təxminən 1 kiloqram kərə yağı verməsi mümkündür. Əgər bu 25 litr südü 1 manat 20 qəpiyə alırsınızsa, 1 kiloqram kərə yağının qiyməti 25 manatdan yüksək olmalıdır. Amma bu gün kərə yağlarının 6-10 manata satılması, tərkibində süni qatqılar, boyalar və palma yağı olduğuna işarədir. Bunun nəticəsində isə insan sağlamlığına mənfi təsir göstərilir. Beləliklə, məhsulun qiymətindən asılı olaraq, kərə yağının tərkibi, etiketi və istehsal prosesinə dair hər hansı bir şübhə yaranarsa, istehlakçıların sağlamlıqlarını qorumaq üçün bu məhsullardan uzaq durmaları daha məqsədəuyğundur”, – deyə İlkin Şirinov vurğuladı.

Oxşarxəbərlər

13 il tibb müəssisəsində işləyən qadın işdən çıxarılıb, bülletenlər sistemdən silinib – MƏHKƏMƏ İŞİ
CƏMİYYƏT

13 il tibb müəssisəsində işləyən qadın işdən çıxarılıb, bülletenlər sistemdən silinib – MƏHKƏMƏ İŞİ

10/04/2026 21:54
52
Məcburi köçkünlər üçün təmir edilən evlər qanunsuz satılır? – Dövlət Komitəsindən açıqlama
CƏMİYYƏT

Məcburi köçkünlər üçün təmir edilən evlər qanunsuz satılır? – Dövlət Komitəsindən açıqlama

10/04/2026 21:33
52
Bu ərazilər də yağış sularından təmizlənir – Video
CƏMİYYƏT

Bu ərazilər də yağış sularından təmizlənir – Video

10/04/2026 21:30
51
Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ
CƏMİYYƏT

Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ

10/04/2026 19:12
56
Bakıda Əli Xameneinin anım mərasimi keçirildi – FOTO
CƏMİYYƏT

Bakıda Əli Xameneinin anım mərasimi keçirildi – FOTO

10/04/2026 17:57
52
Valideynlərin nəzərinə – MÜTDA məlumat verdi
CƏMİYYƏT

Valideynlərin nəzərinə – MÜTDA məlumat verdi

10/04/2026 15:48
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

13 il tibb müəssisəsində işləyən qadın işdən çıxarılıb, bülletenlər sistemdən silinib – MƏHKƏMƏ İŞİ

13 il tibb müəssisəsində işləyən qadın işdən çıxarılıb, bülletenlər sistemdən silinib – MƏHKƏMƏ İŞİ

10/04/2026 21:54
52
Məcburi köçkünlər üçün təmir edilən evlər qanunsuz satılır? – Dövlət Komitəsindən açıqlama

Məcburi köçkünlər üçün təmir edilən evlər qanunsuz satılır? – Dövlət Komitəsindən açıqlama

10/04/2026 21:33
52
Bu ərazilər də yağış sularından təmizlənir – Video

Bu ərazilər də yağış sularından təmizlənir – Video

10/04/2026 21:30
51
Avropada səyahət problemi yaranır – SƏBƏB

Avropada səyahət problemi yaranır – SƏBƏB

10/04/2026 21:24
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
149

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
64

119

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
132

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In