ABŞ vitse-prezidenti xatırladıb ki, prezident Donald Tramp “mümkün olan ən yaxşı razılaşmanı əldə etmək” səylərini davam etdirmək üçün iki ən yaxşı danışıqçısını Cenevrəyə göndərir.
Gündəm24.az xəbər verir ki, TASS agentliyinin məlumatına görə, ABŞ administrasiyası İranın nüvə dosyesi ilə bağlı problemi diplomatik yolla həll etmək niyyətindədir və Cenevrədə də daxil olmaqla danışıqlardan imtina etmir, lakin bunun alternativ ssenariləri də mövcuddur. Prezident Donald Tramp “mümkün olan ən yaxşı razılaşmanı əldə etmək” məqsədilə iki aparıcı danışıqçısını Cenevrəyə göndərir. Məqsəd sadədir: İranın nüvə silahı yaratmasının qarşısını almaq və bu problemi diplomatik vasitələrlə həll etməkdir.
Yanvar ayında Ağ Ev xəbərdarlıq etmişdi ki, Tehran nüvə silahı planlarından tam imtina etməsə, güc tətbiq etməyə hazırdır. İran hökuməti isə dəfələrlə nüvə bombası yaratmaq niyyətində olmadığını bildirib. Fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqların ikinci mərhələsi keçirilib və tərəflər bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə ediblər.
ABŞ-ın vitse-prezidenti JD Vance bildirib ki, danışıqlar müəyyən aspektlər üzrə uğurlu olub, lakin Tehran hələ də Ağ Evin bəzi əsas mövqelərini qəbul etməyə hazır deyil. Bundan əvvəl ABŞ və İsrail İranın nüvə proqramını dayandırmasının, ballistik raket istehsalını və regiondakı təsir qüvvələrini məhdudlaşdırmasını tələb etmişdilər. Danışıqların üçüncü mərhələsi cümə axşamı günü keçiriləcək.
Sədaqət Həsənova
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.