Qərar İrandakı təhlükəsizlik vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra verilib.
Gündəm24.az xəbər verir ki, Böyük Britaniya Yaxın Şərqdəki hazırkı gərginlik fonunda Tehrandan səfirini və səfirliyin konsulluq şöbəsinin bütün işçilərini təxliyə edib.
Diplomatların təxliyəsi qərarı İrandakı təhlükəsizlik vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra verilib. Tehrandakı səfirlik müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
ABŞ 24 saat ərzində İrana qarşı hərbi əməliyyata başlaya biləcəyini bildirib və ABŞ prezidenti Donald Tramp İranla bağlı güc tətbiqini ciddi şəkildə nəzərdən keçirdiyini vurğulayıb.
İranda etirazlar dekabrın 29-da rialın məzənnəsinin kəskin şəkildə düşməsi ilə başlayıb və əksər böyük şəhərlərə yayılıb. Hakimiyyət orqanları 40 hüquq-mühafizə əməkdaşının öldüyünü açıqlayıb.
İranın xarici işlər naziri bildirib ki, 8 yanvarda nümayişçilər arasında silahlı terrorçular peyda olub və iğtişaşların təşkilində İsrail və ABŞ-ı günahlandırıb.
Sədaqət Həsənova













