Tehran Universiteti ərazisi də cümə səhəri hücuma məruz qalıb.
Gündəm24.az İranın Press TV telekanalı-na istinadən xəbər verir ki , cümə günü səhər saatlarında İranın paytaxtı Tehranda yaşayış məntəqələri ABŞ və İsrailin hücumlarına məruz qalıb .
Hücumlardan biri Press TV müxbiri tərəfindən canlı yayım zamanı lentə alınıb. Tələfat barədə məlumat verilməyib.
Tehran Universiteti ərazisi də cümə səhəri hücuma məruz qalıb.
Daha əvvəl İsrail ordusu Tehrana “genişmiqyaslı zərbələr dalğası” elan etmişdi. Qətərdə yerləşən “Əl-Cəzirə” telekanalı İsrail Hərbi Hava Qüvvələrinin infrastruktur obyektlərinə hücum etdiyini bildirmişdi. İranın “Tasnim” xəbər agentliyi paytaxtda partlayışlar barədə məlumat vermişdi.
Sədaqət Həsənova













