Rusiya, ABŞ və Ukrayna BƏƏ-də başlayan dialoqu davam etdirəcək Ukrayna ilə bağlı yeni görüşlərin tarixləri barədə razılığa gələcəklər.
Gündəm24.az xəbər verir ki, TASS Agentliyinin məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, Əbu-Dabidə keçirilən danışıqlarda Rusiya və Ukrayna nümayəndə heyətləri 314 hərbi əsirin mübadiləsi barədə razılığa gəliblər. Tərəflər həmçinin dialoqu davam etdirəcək və yaxın həftələrdə əlavə irəliləyişin gözlənildiyi bildirilir. Danışıqlar zamanı iqtisadi aspektlər, ərazi məsələləri və atəşkəs mexanizmi müzakirə olunub, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin beynəlxalq qüvvələrdən ibarət çevik reaksiya qrupu çərçivəsində təmin oluna biləcəyi qeyd olunub.
Rusiya nümayəndəsi Kirill Dmitriyev irəliləyişin olduğunu vurğulayıb, Avropa və Böyük Britaniyadan müdaxilə cəhdlərinə baxmayaraq, əməkdaşlığın inkişaf etdiyi bildirilib. Əbu-Dabidə keçirilən birinci mərhələdə üçtərəfli təhlükəsizlik məsləhətləşmələri yanvarın 23-24-də, ikinci mərhələsi isə fevralın 4-də baş tutub. Danışıqların əhval-ruhiyyəsi əvvəlki görüşlərdən daha işgüzar və məhsuldar qiymətləndirilib.
Sədaqət Həsənova














