Tehran və Vaşinqtonun yaxın günlərdə danışıqlara başlaya biləcəyi bildirilib. İranın xarici işlər naziri Arakçi və Ağ Evin xüsusi nümayəndəsi Vitkoffun danışıqlarda iştirakı gözlənilir.
Gündəm24.az xəbər verir ki, İranın Tasnim xəbər agentliyi İran və ABŞ arasında danışıqların yaxın günlərdə başlaya biləcəyini bildirib.
Hesabatda deyilir ki, İran və ABŞ yaxın günlərdə yüksək səviyyəli rəsmilər arasında danışıqlara başlaya bilərlər. Görüşün dəqiq yeri və tarixi hələ məlum deyil, amma danışıqlar İranın XİN başçısı Abbas Əraqçi və Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoff səviyyəsində keçiriləcək. Əvvəlki məlumatlara görə, İran prezidenti Məsud Pazaşkyan Vaşinqtonla nüvə danışıqlarının bərpasına göstəriş verib, “Axiso” portalı isə Türkiyə, Misir və Qətərin gələn həftə Ankarada Vitkoff və İran rəsmiləri arasında görüş təşkil etməyə çalışdığını bildirir.
Sədaqət Həsənova














