Bazar, Fevral 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Hərbi prokuror Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə görüşüb — FOTOLAR

27/09/2025 19:30
Gündəm, Manşet
43 0
Hərbi prokuror Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə görüşüb — FOTOLAR
55
Baxış sayı

27 Sentyabr – Anım Günü ilə əlaqədar Hərbi Prokurorluqda Hərbi Prokurorluğun və Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyinin iştirakı ilə həmin təhsil müəssisəsinin kursantları ilə birlikdə tədbir keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiram ifadə olunub.

Ardınca Hərbi Prokurorluğun nəzdində fəaliyyət göstərən “Soyqırımı” memorial muzeyi ziyarət edilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz və unudulmaz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Baş prokurorun müavini – hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətini zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin dərin düşüncəsi və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində dünyada baş verən neqativ proseslərə rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla, regionlarımız hərtərəfli inkişaf edir. Qazanılan ardıcıl uğurlara Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli və zəngin fəaliyyəti mühüm töhfələr verir.

Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də səbəb olduğunu deyən Hərbi prokuror diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Bu da hərbi uğurlarımızı şərtləndirib. Nəticədə düşmənin 2020-ci il sentyabrın 27-dən başlayaraq törətdiyi növbəti təxribatların qarşısının alınması, eləcə də antiterror əməliyyatları zamanı müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini, hərbçilərimiz isə peşəkarlığını və yüksək döyüş hazırlığını əyani şəkildə sübut edib, Zəfər təmin olunub.

Digər çıxış edənlər də Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Qələbədən bəhs ediblər. Eyni zamanda, çıxışçılar hərbçilərə göstərilən diqqət və qayğıya görə Hərbi prokurora və prokurorluğun kollektivinə təşəkkür ediblər.

Sonda Hərbi prokuror Bəhruz Əhmədov təhsil göstəriciləri yüksək olan kursantlara hədiyyələr təqdim edib.

Oxşarxəbərlər

Əjdər Cəfərova yüksək vəzifə verildi
Gündəm

Əjdər Cəfərova yüksək vəzifə verildi

21/02/2026 12:30
52
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı
Manşet

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

21/02/2026 12:07
68
Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır – Bu tarixdən
Gündəm

Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır – Bu tarixdən

21/02/2026 11:28
51
Azərbaycanda onlayn alış-veriş məhdudlaşdırılır? – Gömrükdən qalmaqallı bəyanat
Gündəm

Azərbaycanda onlayn alış-veriş məhdudlaşdırılır? – Gömrükdən qalmaqallı bəyanat

21/02/2026 10:49
52
Rusiyada yoxa çıxan helikopter tapıldı: ölənlər var – FOTO
Gündəm

Rusiyada yoxa çıxan helikopter tapıldı: ölənlər var – FOTO

21/02/2026 10:42
52
Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu
Gündəm

Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu

21/02/2026 10:16
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

21/02/2026 13:02
57
Bakıda 18 yaşlı gənc faciəvi şəkildə öldü

Bakıda 18 yaşlı gənc faciəvi şəkildə öldü

21/02/2026 12:41
60
Əjdər Cəfərova yüksək vəzifə verildi

Əjdər Cəfərova yüksək vəzifə verildi

21/02/2026 12:30
52
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

Prezident Naxçıvanla bağlı sərəncam imzaladı

21/02/2026 12:07
68

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

20/02/2026 16:51
56

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

Polşa və ABŞ strateji addımlarını qiymətləndirir: nüvə silahları mövzusu

20/02/2026 16:38
55

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

Epşteyn işi və Zelenski: Ukraynalı siyasətçi şok açıqlama verib

20/02/2026 16:32
54

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

Ərdoğan gələcəkdə planetin vəziyyətinə görə insanların düşüncələrinin dəyişəcəyini bildirib

20/02/2026 15:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.