İsrail ordusu təcili açıqlamasında Livandakı HƏMAS və Hizbullah hədəflərinə hücumlar başlatdığını açıqlayıb.
Gündəm24.az xəbər verir ki, İsrail ordusunun sözçüsü bildirib ki, Livanın şərqində və cənubunda dörd kənd – Hammara, Ayn əl-Tineh, Kfar Hatta və Aanan – təxliyə ediləcək. Ordu bu ərazilərdə Hizbullah və Həmas-a məxsus “hərbi infrastruktura”ya qarşı əməliyyatlar planlaşdırır.
Keçmiş baş nazir Naftali Bennett sosial media hesabında 12 saatlıq geri sayım GIF-i paylaşaraq “Vaxt gəldi” yazıb. Lakin paylaşımın Livandakı hücuma istinad edib-etmədiyi bəlli deyil.
2024-cü ildə İsrail və Livan arasında əldə olunan atəşkəs bir ildən çox davam edən döyüşlərə son qoymuşdu, lakin tərəflər hələ də atəşkəsin pozulması ilə bağlı ittihamlar səsləndirirlər.
Dünya liderləri bildirir ki, İsrail Hizbullahın arsenalını hədəfləyərək ölkə daxilində hücumları artırmaqla regiondakı gərginliyi yüksəldə bilər.
Sədaqət Həsənova













