Gələcəkdə bu texnologiya rəqəmsal tibbi müayinələrin əsasını təşkil edə bilər.
Gündəm24.az xəbər verir ki, Hindistanın “Mint” qəzetinin məlumatına görə, bir qrup hind alimi yuxu keyfiyyətinin təhlili əsasında xroniki xəstəliklərin erkən inkişafını proqnozlaşdıra bilən unikal süni intellekt modeli hazırlayıb. Model 65.000 xəstənin 585.000 saatlıq yuxusunu təhlil edərək ürək tutmaları, demensiya və digər xəstəlikləri dəqiq proqnozlaşdırmaq qabiliyyətinə malikdir.
Sistem xəstənin yuxu zamanı elektroensefaloqramını, ürək döyüntüsünü və tənəffüs fəaliyyətini qeydə alır. Toplanan məlumatlar əsasında xəstənin gələcəkdə ürək, nevroloji, endokrinoloji, zehni və digər xəstəliklərin inkişaf ehtimalı təxmin edilir.
Nəşr qeyd edir ki, bu texnologiyanın geniş tətbiqi kiçik şəhərlərdə və kənd yerlərində səhiyyədə inqilab yarada, əhalinin bahalı tibbi prosedurlara çıxışı olmayan bölgələrdə rəqəmsal tibbi müayinələrin əsasını təşkil edə bilər.
Sədaqət Həsənova














