Hollandiya Baş naziri Mark Rutte ABŞ Prezidenti Donald Trampı NATO-nun maraqlarını qorumaq səylərinə görə tərifləyib. Politico xəbər verir ki, Ruttənin bu açıq ehtiramı bəzi diplomatlar arasında narahatlıq yaradıb və onlar hesab edirlər ki, Trampın alqışlanması NATO-nun nüfuzuna xələl gətirə bilər.
Gündəm24.az xəbər verir ki, Politiconun NATO diplomatına istinadən verdiyi məlumata görə, NATO-nun baş katibi Mark Rutte alyansın maraqlarını qorumaq məqsədilə ABŞ Prezidenti Donald Trampı tərifləmək məcburiyyətində qalıb. Diplomat bildirib ki, “Alyansın xeyrinə, o, Trampa sataşır. Amma sual burasındadır ki, bu, harada bitir?”
Qəzet qeyd edir ki, bir neçə diplomat Ruttenin Trampa qarşı ictimai ehtiramının NATO-nun nüfuzuna zərər verəcəyindən narahatdır. Əvvəlki məlumatlara görə, bəzi NATO siyasətçiləri Ruttenin prioritetinin “Trampın rəhbərliyi altında ABŞ-ın Avropadan uzaqlaşmasının qarşısını almaq” olduğunu bildirir, lakin Politico yazır ki, bu siyasət baş katibi tənqidlərə məruz qoyur və diqqətini digər vəzifələrindən yayındırır.
Sədaqət Həsənova













