Cümə axşamı, Avqust 13, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlham Əliyev BƏƏ və Laos liderlərinə məktub ünvanladı

02/12/2025 11:09
Manşet, Siyasət
60 2
İlham Əliyev BƏƏ və Laos liderlərinə məktub ünvanladı
78
Baxış sayı

Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitə təbrik məktubu göndərib.

Gündəm24.az  xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Laos Xalq Demokratik Respublikasının yaranmasının 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan Laos ilə əlaqələrin genişlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir.

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana məktub ünvanlayıb.

Gündəm24.az  xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Əziz Qardaşım,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizin qətiyyətli liderliyiniz altında ölkədə aparılan irimiqyaslı quruculuq işlərini, möhtəşəm və nümunəvi inkişafı görməkdən böyük sevinc duyuruq. Bütün bunlar Sizin çoxşaxəli fəaliyyətinizin, müdrik rəhbərliyinizin, Vətənə və xalqa yorulmadan göstərdiyiniz xidmətin bəhrəsidir.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr xalqlarımız arasında qardaşlığa, dostluğa, qarşılıqlı etimada, anlaşmaya və dəstəyə əsaslanır. Ötən dövr ərzində bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf edərək keyfiyyətcə yeni səviyyəyə çatması məmnunluq doğurur. Şübhəsiz ki, ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, görüşlər, sıx əməkdaşlığımız bu münasibətlərin daha sürətlə inkişafına və möhkəmlənməsinə şərait yaradır.

Sentyabr ayında Sizin Azərbaycana rəsmi səfəriniz ikitərəfli əlaqələrimizin inkişafına yeni təkan vermişdir. Səfər çərçivəsində imzalanmış bir sıra sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” dövlətlərarası əlaqələrimizi daha yüksək pilləyə qaldırmış, əməkdaşlığımızın ənənəvi sahələri ilə yanaşı yeni istiqamətlər üzrə də birgə fəaliyyətimizi genişləndirmişdir. Eyni zamanda səfər zamanı işğaldan azad olunmuş Qarabağ regionunu ziyarət etməyiniz xüsusi rəmzi məna daşıyır və biz bunu qardaşlığımızın və həmrəyliyimizin bariz nümunəsi olaraq dəyərləndiririk.

Hazırda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq geniş gündəliyə malikdir. İqtisadi-ticari, neft-qaz, bərpaolunan enerji, investisiya, rəqəmsallaşdırma və digər sahələrdə səmərəli birgə fəaliyyətimiz uğurla inkişaf edir.

Əminəm ki, ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək əməkdaşlığımızın dərinləşdirilməsi və şaxələndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl olaraq və uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim firavanlıq və rifah arzulayıram”.

Oxşarxəbərlər

General-mayorun qızından qazi ilə qalmaqal — İddialar
CƏMİYYƏT

General-mayorun qızından qazi ilə qalmaqal — İddialar

12/08/2026 20:14
68
SON DƏQİQƏ! Güclü partlayış baş verib:3 qurum açıqlama yaydı
CƏMİYYƏT

SON DƏQİQƏ! Güclü partlayış baş verib:3 qurum açıqlama yaydı

12/08/2026 19:05
65
Ukrayna ordusu 26 kəndi nəzarətə götürdü
Siyasət

Ukrayna ordusu 26 kəndi nəzarətə götürdü

12/08/2026 18:27
56
Zəngəzur dəhlizi ilə bağlı YENİ MƏLUMAT
Manşet

Zəngəzur dəhlizi ilə bağlı YENİ MƏLUMAT

12/08/2026 17:33
59
Əliyevin Zəngəzur açıqlaması TÜRKİYƏDƏ GÜNDƏM OLDU!
Manşet

Əliyevin Zəngəzur açıqlaması TÜRKİYƏDƏ GÜNDƏM OLDU!

12/08/2026 16:30
61
Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”
Dünya

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

12/08/2026 13:53
67

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Günəş belə yox oldu – VİDEO

Günəş belə yox oldu – VİDEO

12/08/2026 23:42
53
Ukrayna hərbi bazanı vurdu: Rusiyanın 4 gəmisi…

Ukrayna hərbi bazanı vurdu: Rusiyanın 4 gəmisi…

12/08/2026 23:23
54
AAYDA əməkdaşı dəhşətli qəzada həlak oldu

AAYDA əməkdaşı dəhşətli qəzada həlak oldu

12/08/2026 22:57
57
Məhkəmədən Hüseyn Həsənov barəsində yeni QƏRAR

Məhkəmədən Hüseyn Həsənov barəsində yeni QƏRAR

12/08/2026 22:15
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

12/08/2026 13:53
67

Pakistandan gözlənilməz açıqlama: “ABŞ və İran razılığa gəldi”

Pakistandan gözlənilməz açıqlama: “ABŞ və İran razılığa gəldi”

12/08/2026 13:06
59

Qərbi Azərbaycanın unudulmaz yurdu – Doqquz

Qərbi Azərbaycanın unudulmaz yurdu – Doqquz

12/08/2026 09:52
69

“Heykəlləşən Vətən Eşqim” – daşa köçən həsrətin poeziyası-FOTOLAR

“Heykəlləşən Vətən Eşqim” – daşa köçən həsrətin poeziyası-FOTOLAR

11/08/2026 18:56
127

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.