İran Avropa Birliyinin İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımasına sərt reaksiya verib. Tehran hökuməti qərarı pisləmək üçün Xarici İşlər Nazirliyinə çağırıb və bunun beynəlxalq hüququ pozduğunu iddia edib.
Gündəm24.az xəbər verir ki, İran mətbuatında yer alan xəbərlərə görə, Avropa Birliyinin (AB) İnqilab Keşikçiləri Korpusunu (İİKK) terror təşkilatı kimi tanımaq qərarına qarşı Tehran diplomatik tədbirlər görüb. Bütün AB üzv dövlətlərinin səfirləri Xarici İşlər Nazirliyinə çağırılıb və Aİ-nin qərarı kəskin tənqid olunub.
Nazirlik rəsmiləri görüşlərdə Aİ-nin qərarının beynəlxalq hüququ və BMT Nizamnaməsini pozduğunu, həmçinin İranın milli təhlükəsizliyinə zərbə vurduğunu vurğulayıb. Avropa Birliyi rəsmi açıqlamasında İİKK-nı terror təşkilatı siyahısına əlavə etdiyini təsdiqləyib, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas isə İrandakı repressiyaların cəzasız qalmayacağını bildirib.
Sədaqət Həsənova














