İran prezidenti Pezeşkyan ölkəsinin sülh və sabitliyə sadiq olduğunu, eyni zamanda bütün ssenarilərə hazır olduğunu bildirib.
Gündəm24.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, İran prezidenti Məsud Pezaşkyan sosial media hesabında ABŞ ilə danışıqlar prosesinə dair açıqlama yayıb. O bildirib ki, tərəflər konkret təklifləri qarşılıqlı paylaşıb, son görüşdə həvəsləndirici siqnallar alınıb və İran regionda sülh və sabitliyə sadiqdir. Xarici işlər naziri Abbas Əraqçi isə CBS-ə müsahibəsində ABŞ nümayəndə heyəti ilə nüvə danışıqlarının cümə axşamı Cenevrədə keçiriləcəyini və bunun diplomatik həll üçün yaxşı şans olduğunu bildirib.
Sədaqət Həsənova














