İran Xarici İşlər Nazirliyinin sözçüsü ölkələrin milli suverenliyinin pozulmasını cəngəllik qanunu adlandırıb
Gündəm24.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, beynəlxalq hüququn bəzi güclər tərəfindən davamlı pozulması qlobal nizamı zəiflədir və bu proses dünyanın “cəngəllik qanunu”na doğru getməsi riskini artırır. O vurğulayıb ki, güc yolu ilə sülhü zorla qəbul etdirmək ölkələrin milli suverenliyi və ərazi bütövlüyünə qarşı təhlükəli presedentdir. Sözçü yeni ilin əvvəlində baş verən terror və təcavüz aktını beynəlxalq standartlara və insan sivilizasiyasına açıq hücum adlandıraraq, bu hərbi cinayəti törədənlərin beynəlxalq ictimaiyyət qarşısında cavab verməli olduğunu deyib.
Sədaqət Həsənova














