O, bildirib ki, prezidentin müvafiq sərəncamına əsasən (2005–2009-cu illər), xüsusilə Bakı şəhərində həddən artıq nəqliyyat sıxlığı və insanların işdən çıxarkən yaşadıqları ərazilərə çatmaqda vaxt itkisi ilə bağlı problemlərin aradan qaldırılması məqsəd qoyulub:
“Sərəncam həm dövlət, həm də qeyri-dövlət sektorlarında çalışan işçilərin iş qrafiklərinin tənzimlənməsini nəzərdə tutur. Bu dəyişikliklər nəticəsində vətəndaşların sıxlıq olan ərazilərdə hərəkəti asanlaşacaq və işdən evə, evdən işə gediş-gəliş zamanı vaxt itkisinin qarşısı alınacaq”.
Ekspert bildirib ki, sərəncam həm humanist yanaşmanı əks etdirir, həm də insanların sosial rifahının daha yaxşı təşkili və iş şəraitinin optimallaşdırılmasına xidmət edir.












