Son həftələrdə İsrail Müdafiə Qüvvələri demək olar ki, hər gün Livanın cənubundakı hədəflərə zərbələr endirdiyini bildirib.
Gündəm24.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb ki, Livanın cənubunda Hizbullah üzvünə zərbə endirilib. Açıqlamada bildirilib ki, Hizbullahın atəşkəsi dəfələrlə pozmasına cavab olaraq İMQ Livanın cənubundakı Sadiqin bölgəsində Hizbullah üzvünü vurub.
Qeyd edilib ki, son həftələrdə İsrail Müdafiə Qüvvələri demək olar ki, hər gün Livanın cənubundakı hədəflərə hücumlar barədə məlumat verir. İMQ Hizbullahı atəşkəs razılaşmalarını pozmaqda, həmçinin BMT qətnamələri ilə silahlı qrupların mövcudluğunun qadağan olunduğu ərazilərdə fəaliyyət göstərməkdə ittiham edir.
Sədaqət Həsənova














