Atəşkəs ikinci mərhələsinə keçməsinə baxmayaraq, İsrail Qəzza zolağının çoxsaylı ərazilərinə hava və artilleriya hücumları həyata keçirib.
Gündəm24.az xəbər verir ki, Yanvarın 14-də ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff Prezident Donald Trampın Qəzza sülh planının ikinci mərhələsinin başlandığını elan edib. Lakin eyni gündə İsrail hərbi təyyarələri Qəzza şəhərinin şərqindəki Tuffah məhəlləsini bombalayıb, Qəzza zolağının mərkəzindəki Bureyc qaçqın düşərgəsi isə İsrail artilleriya atəşinə tutulub.
Cənubdakı Xan Yunus şəhəri də İsrail hərbi maşınlarının intensiv atəşinə məruz qalıb. Hadisələr göstərir ki, sülh planının ikinci mərhələsinin elanına baxmayaraq, bölgədə hərbi əməliyyatlar davam edir.
Sədaqət Həsənova














