İsrail İranla bağlı tələblərini ABŞ-a çatdırıb; bunlara İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatını üçüncü ölkəyə təhvil verməsi də daxildir.
Gündəm24.az xəbər verir ki, İsrailin 12-ci Kanalı yüksək vəzifəli İsrail rəsmisinə istinadən bildirib ki, İsrail ABŞ ilə diplomatik təmaslarda İranla bağlı tələblərini qətiyyətlə irəli sürür; Baş nazir Netanyahu ilə ABŞ-ın Sülh Missiyaları üzrə Xüsusi Elçisi Stiv Vitkoff arasındakı qapalı görüşdə İsrail dörd əsas tələbini açıqlayıb — bunlara İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatını üçüncü ölkəyə təhvil verməsi, uran zənginləşdirmə fəaliyyətlərinin dayandırılması, ballistik raket proqramının dayandırılması və Yaxın Şərqdə müttəfiqlərə maliyyə dəstəyinin dayandırılması daxildir. Rəsmi mənbə bildirib ki, bu tələbləri nəzərə almayan hər razılaşma “pis razılaşma” olacaq və ABŞ administrasiyası İran məsələsində İsrailə sadiqliyini sübut edib. Vitkoffun səfəri İran ətrafında artan gərginlik fonunda baş tutub, potensial görüş hələlik rəsmi təsdiqlənməyib, Axios isə Vitkoffun fevralın 6-da İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi ilə mümkün nüvə sazişini müzakirə edəcəyini xəbər verib.
Sədaqət Həsənova














