İstanbuldan Sivasa tətilə gedən gənc qadın Krım-Konqo hemorragik qızdırmasından (KKQQ) vəfat edib.
Gündəm24.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, Sivasda Krım-Konqo hemorragik qızdırması (KKQQ) şübhəsi ilə müalicə alan 31 yaşlı qadın vəfat edib.
İstanbulda yaşayan və iki uşaq anası olan Havva Dursun tətil üçün doğulduğu Sivasın Akıncılar rayonuna gəlib. Burada gənə tərəfindən dişlənən qadın səhhəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib.
Əvvəlcə Akıncılar Dövlət Xəstəxanasına, daha sonra Suşehri Dövlət Xəstəxanasına aparılan Dursun son olaraq Sivas Cümhuriyyət Universiteti Səhiyyə Xidmətləri Tətbiq və Araşdırma Xəstəxanasına köçürülüb. Krım-Konqo hemorragik qızdırması şübhəsi ilə reanimasiya şöbəsində müalicə alan gənc qadın həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.
Qohumlarına təhvil verilən Dursunun cəsədinin Akıncılar rayonunda dəfn olunacağı bildirilib.
Sədaqət Həsənova














