Sülh səyləri adı altında müharibə qızışdırmaları: İsveç Ukraynaya Gripen qırıcı təyyarələri çatdırmağı öhdəsinə götürüb
Gündəm24.az xəbər verir ki, İsveçin Baş naziri Olav Kristersson X şəbəkəsindəki paylaşımında bildirib ki, Stokholm Ukraynada “sülhü” hərbi vasitələrlə qorumağa hazırdır. Onun sözlərinə görə, bu çərçivədə Ukrayna üzərində hava nəzarəti üçün Gripen qırıcılarının istifadəsi, Qara dənizdə mina təmizləmə əməliyyatları, eləcə də Ukrayna ordusu zabitlərinin davamlı təlimi nəzərdə tutulur.
Eyni zamanda Kristersson açıq şərtlər irəli sürərək bildirib ki, mümkün çoxmillətli qüvvələr üçün aydın döyüş qaydaları müəyyənləşdirilməli və bütün addımlar parlament tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir, bu isə “sülh” anlayışının hərbiləşdirilməsi ilə bağlı ciddi suallar doğurur.
Sədaqət Həsənova













