Kanadanın Britaniya Kolumbiyasında məktəbdə baş verən atışma nəticəsində hücum edən şəxs də daxil olmaqla 10 nəfər həlak olub. Hadisə nəticəsində ən azı 25 nəfər yaralanıb və hücum edən şəxsin qadın olduğu müəyyən edilib.
Gündəm24.az xəbər verir ki, Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Kanada Kral Atlı Polisi Britaniya Kolumbiyasının Tambler Ric şəhərində orta məktəbdə baş verən atışmada altı nəfərin öldüyünü, hadisə ilə əlaqəli olduğu güman edilən bir evdə daha iki meyitin tapıldığını, bir nəfərin isə xəstəxanaya aparılarkən ölüdüyünü açıqlayıb. Polis şübhəli hücumçunun qadın olduğunu və özünə xəsarət yetirərək öldüyünü bildirib, əlavə olaraq başqa şübhəlilərin və davam edən təhlükənin olmadığına inanır. Hadisədə ən azı iki nəfər ağır xəsarət alıb, təxminən 25 nəfər isə müalicə altındadır; Baş nazir Mark Karni isə qurbanların ailələrinə başsağlığı verib.
Sədaqət Həsənova














