Cümə, Oktyabr 16, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Kasıb, amma namuslu qızın dəyəri bilinmir”

28/09/2026 19:28
Manşet, Şou-biznes
806 25
“Kasıb, amma namuslu qızın dəyəri bilinmir”
688
Paylaşım sayı
955
Baxış sayı

Çin hökuməti son dövrlərdə populyarlığı artan bəzi romantik seriallara qarşı yeni məhdudiyyətlər tətbiq edib.

Gündəm24.az  xəbər verir ki, yeni qaydalar xüsusilə varlı şirkət rəhbəri ilə sıradan bir qadının eşq münasibətindən bəhs edən serialları hədəfə alır.

Çinli rəsmilərin sözlərinə görə, bu cür ekran əsərləri həddindən artıq var-dövləti təbliğ edir, gənclərdə uğur və evliliklə bağlı reallığa uyğun olmayan gözləntilər formalaşdırır.

Bu səbəbdən istehsalçılardan dəbdəbəli həyat tərzinin həddindən artıq qabardılmaması və süjetlərin yalnız “varlı biri ilə evlənmək” ideyası üzərində qurulmaması tələb olunur.

Qərar Çində müxtəlif reaksiyalara səbəb olub. Bəzi şəxslər bu addımın gənclərə mümkün təsirlərə görə zəruri olduğunu düşünür. Digərləri isə yeni məhdudiyyətlərin yaradıcılıq azadlığını məhdudlaşdırdığını bildirir.

Bəs aktyorlar bu qadağalar haqqında nə düşünür?

Tanınmış aktrisa Zarina Qurbanova hesab edir ki, bu, yanlış addımdır:

“Məncə, bu, yanlış addımdır. Çünki film həyatda baş verən hadisələrin daha estetik, daha gözəl formada tamaşaçıya çatdırılaraq ekranda əks etdirilməsidir.

O hadisələr real həyatda var, baş verir. İnsan onları necə görməməzliyə vura bilər? Məncə, bu cür mövzuların göstərilməsi insanın əxlaqını pozmur. Əksinə, insanı düşündürür.

Bu məsələnin başqa bir tərəfi də var. Romantika və dram janrları yavaş-yavaş azaldıqca sanki insanlar da getdikcə robotlaşmağa çalışırlar. Çünki duyğuların, hisslərin ön planda olduğu filmlər getdikcə azalır.

Ümumiyyətlə, dünyada komediya janrında filmlərin daha çox çəkilməsi müşahidə olunur. Çünki insanlar gündəlik həyatda çox işləyir, yorulur və bir qədər rahatlamağa, beynini boşaltmağa ehtiyac duyurlar. Bu baxımdan komediya filmlərinə daha çox üstünlük verilir.

Amma bununla yanaşı, dram, romantika və digər janrları tamamilə kənara qoymaq, onlara qadağa qoymaq da, məncə, doğru yanaşma deyil. Kino yalnız insanı əyləndirmək üçün deyil, həm də düşündürmək, hiss etdirmək və real həyatı göstərmək üçündür”.

Aktrisa Elif Aysel Nazim isə hesab edir ki, Çin bu məsələdə doğru qərar verib. O bildirib ki, real həyatda varlı kişilərin kasıb qadınlarla ailə qurması heç də həmişə baş vermir.

“Sənət azad olmalıdır. Amma təəssüf ki, cəmiyyətimizdə bəzən həddindən artıq azadlıq anarxiyaya çevrilir. Ona görə də bəzi məqamlarda müəyyən qadağaların və sərhədlərin olması, məncə, heç də pis deyil.

Çin də Yer kürəsinin ən mühüm ölkələrindən biridir. Ağıllı insanlardır. Deməli, nəyisə bizdən əvvəl düşünüb, nəyisə bilirlər ki, bəzi şeylərə qadağa qoyurlar.

Çünki real həyatda da acı bir həqiqət var: varlı oğlan çox vaxt kasıb qızı seçmir, onunla ailə qurmağa tələsmir. Amma bəzən keçmişi və həyat tərzi ilə bağlı cəmiyyətdə fərqli düşüncələr formalaşmış bir qadınla ailə qurmağa daha rahat yanaşa bilir.

Təəssüf ki, “kasıb, amma namuslu” qızın dəyəri bəzən maddi imkanların və sosial statusun kölgəsində qalır”.//musavat.com

Oxşarxəbərlər

Azərbaycana Gözlənilməz Hava Gəldi: ’50 İl Davam Edəcək’
Manşet

Azərbaycana Gözlənilməz Hava Gəldi: ’50 İl Davam Edəcək’

15/10/2026 23:35
964
Elza başına quş yumurtası qoydu-FOTO
Manşet

Elza başına quş yumurtası qoydu-FOTO

15/10/2026 23:22
962
Mətanət dünən buna görə efirə çıxmayıb – acı xəbər alıb
Manşet

Mətanət dünən buna görə efirə çıxmayıb – acı xəbər alıb

15/10/2026 21:23
951
Rusiyadan azərbaycanlı müğənni ilə bağlı Qazaxıstana nota…
Dünya

Rusiyadan azərbaycanlı müğənni ilə bağlı Qazaxıstana nota…

15/10/2026 19:57
951
Onun edamı canlı yayımlanmayacaq – Tramp
Dünya

Onun edamı canlı yayımlanmayacaq – Tramp

15/10/2026 19:43
951
Azərişıq və Azərenerji Ödənişləri İlə Bağlı YENİ QAYDA
Manşet

Azərişıq və Azərenerji Ödənişləri İlə Bağlı YENİ QAYDA

15/10/2026 19:38
952

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycana Gözlənilməz Hava Gəldi: ’50 İl Davam Edəcək’

Azərbaycana Gözlənilməz Hava Gəldi: ’50 İl Davam Edəcək’

15/10/2026 23:35
964
Elza başına quş yumurtası qoydu-FOTO

Elza başına quş yumurtası qoydu-FOTO

15/10/2026 23:22
962
Mətanət dünən buna görə efirə çıxmayıb – acı xəbər alıb

Mətanət dünən buna görə efirə çıxmayıb – acı xəbər alıb

15/10/2026 21:23
951
Rusiyadan azərbaycanlı müğənni ilə bağlı Qazaxıstana nota…

Rusiyadan azərbaycanlı müğənni ilə bağlı Qazaxıstana nota…

15/10/2026 19:57
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
961

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
977

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

14/10/2026 08:20
977

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

13/10/2026 08:14
987

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In