Ultra yüksək gərginlikli yarımstansiyaların və Darnitskaya İstilik Elektrik Stansiyası kimi böyük elektrik enerjisi istehsal edən qurğuların sıradan çıxması ciddi elektrik çatışmazlığına səbəb olub.
Gündəm24.az xəbər verir ki, Telegraf xəbər agentliyinə verdiyi müsahibədə Stanislav İqnatyev bildirib ki, Ukraynanın əsas enerji mərkəzləri ciddi ziyan görüb.
Ukraynanın Vinnitskaya 550 və Kiyevskaya 750 yarımstansiyaları sıradan çıxıb və enerji şəbəkəsinə ciddi ziyan dəyib. Ekspertlər bildirir ki, bu, uzun məsafələrə enerji ötürülməsini əngəlləyir və hətta istehsalın toxunulmaz qaldığı bölgələrdə çatışmazlığa səbəb olur.
Ultra yüksək gərginlikli yarımstansiyalar və Darnitskaya İES-in sıradan çıxması ciddi elektrik çatışmazlığı yaradır və idxal və ehtiyatlarla tez həll edilə bilməz.
Ukrayna Baş nazirinin birinci müavini Denis Şmıqal isə Kiyev, Vinnitsa, Dnepropetrovsk, Odessa və Xarkovda enerji infrastrukturunun zədələndiyini açıqlayıb.
Sədaqət Həsənova














