Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu qeyd edib ki, “Emmanuel Makron administrasiyası Afrikada “siyasi qisas” üçün fürsətlər axtarır”.
Gündəm24.az xəbər verir ki, TASS Agentliyinin məlumatına görə, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu bildirib ki, Paris Afrika qitəsində neokolonial çevrilişlər hazırlayır və Afrikada “siyasi qisas” üçün imkanlar axtarır.
Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Parisin Afrikada neokolonial çevrilişlər hazırladığını və Makron administrasiyasının qitədə “siyasi qisas” üçün fürsətlər axtardığını iddia edir. SVR bildirir ki, Fransa son zamanlar Afrikada nüfuzunu itirib, yerli hakimiyyətlər artıq Parisin maraqlarına xidmət etməkdən imtina edirlər.
Xüsusilə Burkina-Fasoda 3 yanvarda uğursuz çevriliş cəhdi, Mali və Mərkəzi Afrika Respublikasında terrorçu qruplara dəstək, həmçinin Madaqaskarda yeni hakimiyyətə qarşı planlar Parisin diqqət mərkəzindədir. SVR iddia edir ki, Fransa qitədə əsas müttəfiqlərinə çevrilən müxtəlif qrupları birbaşa dəstəkləyir və Makronun siyasətinin uğursuzluğunu ört-basdır etməyə çalışır.
Sədaqət Həsənova














