Dmitri Peskov Moskvanın məsləhətləşmələrin keçirildiyi mərhələdə “davamlı məlumat” almadığını bildirib.
Gündəm24.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov brifinqdə bildirib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı Əbu-Dabi danışıqları istənilən halda bu gün davam edəcək. O, Moskvanın məsləhətləşmələr zamanı “davamlı məlumat” almadığını qeyd edib.
“Onlar hər halda bu gün Əbu-Dabidə keçiriləcək”, – deyə Peskov vurğulayıb.
Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli danışıqlar bu gün və sabah BƏƏ paytaxtında keçiriləcək.
Sədaqət Həsənova
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.