Məlumata görə, danışıqlarda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və prezidentin kürəkəni Cared Kuşner iştirak edir.
Gündəm24.az xəbər verir ki, “Semafor” xəbər agentliyi mənbələrə istinadən bildirib ki, İsrail ABŞ prezidenti Donald Trampın bir gün əvvəl elan etdiyi İranla danışıqlarda birbaşa iştirak etmir.
Məlumata görə, danışıqlarda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və prezidentin kürəkəni Cared Kuşner iştirak edir. Bundan əlavə, zərurət yaranarsa, vitse-prezident JD Vens də cəlb edilə bilər. İsrail bu məsələ ilə bağlı bütün müvafiq məlumatları Vaşinqtondan alır.
ABŞ lideri bir gün əvvəl özünün Truth Social səhifəsində yazıb ki, Tehran və Vaşinqton son iki gündə atəşkəslə bağlı “çox yaxşı və məhsuldar danışıqlar” aparıblar. Onun sözlərinə görə, məsləhətləşmələr “həftə ərzində davam edəcək”. Bununla əlaqədar olaraq, Trampın İranın enerji infrastrukturuna potensial zərbələrin beş gün təxirə salınması barədə əmr verdiyi iddia edilib.
Öz növbəsində, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi IRNA xəbər agentliyinə bildirib ki, Tehran Vaşinqtonla heç bir danışıqlar aparmayıb, lakin mövqeyini vasitəçilərə açıqlayıb.
Sədaqət Həsənova













