Xarici İşlər Naziri Vladimir Putinin Rusiyanın diplomatik həll yolu axtardığı barədə açıqlamalarını xatırlatdı.
Gündəm24.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov RT-yə verdiyi müsahibədə bildirib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar davam edir, lakin Avropa ölkələri Vaşinqtonun nizamlama təkliflərini yenidən işləməyə çalışırlar.
“Dialoq davam edir. Biz ABŞ-ın təkliflərini dəstəklədik, lakin avropalılar dərhal Vaşinqtona tələsərək Rusiya prezidenti Vladimir Putin tərəfindən təsdiqlənmiş ABŞ təşəbbüsünü yenidən nəzərdən keçirib dəyişdirdilər. Onlar hələ də bu planı yenidən işləməyə çalışırlar”, – deyə Lavrov bildirib.
O, Putinin Rusiyanın diplomatik həll yolu axtardığı barədə açıqlamalarını xatırladaraq əlavə edib ki, Moskva heç vaxt prinsiplərini dəyişməyib, lakin digər tərəflər dəfələrlə vəziyyəti dəyişdirməyə çalışıblar.
Sədaqət Həsənova














