Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Livanın xarici işlər və mühacirlər naziri Yusif Racci ilə danışıqlara başlayıb.
Gündəm24.az xəbər verir ki, TASS-ın məlumatına görə, görüş Rusiya Xarici İşlər Nazirliyinin Qəbul Evində keçirilir.
Livan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin daha əvvəl yaydığı məlumata əsasən, tərəflər ikitərəfli əməkdaşlığın perspektivlərini, Livandakı mövcud vəziyyəti və regionda baş verən son prosesləri müzakirə edəcəklər.
Sədaqət Həsənova
Gündəm24.az













