Bazar, Aprel 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Liderlərin gecə rejimi: Heydər Əliyev haqda maraqlı fakt – Siyahıda daha kimlər var?

21/11/2025 06:00
Dünya, Manşet, Siyasət
45 0
Liderlərin gecə rejimi: Heydər Əliyev haqda maraqlı fakt – Siyahıda daha kimlər var?
57
Baxış sayı

Yüksək vəzifələr kənardan komfort, şöhrət və lüks həyat kimi görünsə də, əslində prezidentlik, baş nazirlik kimi postlar sahibinə ciddi məsuliyyət, ağır iş rejimi gətirir. Məsələn, ABŞ Prezidenti Donald Trampın Məhəmməd bin Salmanla görüşündə az yatmasından şikayətlənməsi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sutkada cəmi 5-6 saat yatdığını deməsi bunun nümunələridir. Prezident İlham Əliyevin də tez-tez səfərlərdə olması, ardıcıl görüşlər keçirməsi onun gərgin qrafiklə çalışdığını göstərir.

Bəs əvvəl necə idi? Soyuq müharibə dövründə prezidentlər, baş nazirlər, Xarici İşlər Nazirliyinin rəhbərləri hansı qrafiklə işləyirdilər? Sabiq məmurların dövründə də iş rejimi bu qədər ağır idi?

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, tarixi faktlara əsasən, soyuq müharibə dövründə bir çox liderlər az yatmaları ilə yadda qalıblar:

“Dönəmin xatirələrində və kitablarında bununla bağlı kifayət qədər nümunə mövcuddur. Məsələn, Böyük Britaniyanın Baş naziri Uinston Çörçill adətən 5-6 saat yatar, günorta isə əlavə 1-2 saat mürgüləyərdi. 35-ci ABŞ Prezidenti Con Kennedi gün ərzində təxminən 6 saat yatarmış. 40-cı lider Ronald Reyqanın yuxu müddəti isə 8 saata çatmırdı. Böyük Britaniyanın baş naziri Marqaret Tetçer cəmi 4 saat yatdığını bildirir və yuxunu “israf” adlandırırdı. Ümummilli lider Heydər Əliyev də gün ərzində bütövlükdə 4-5 saat yatarmış. SSRİ rəhbərlərindən Yuri Andropov maksimum 6 saat yuxu ilə kifayətlənib. Soyuq müharibənin simalarından olan Kuba lideri Fidel Kastro isə cəmi 3 saat yatması ilə tanınırdı”.

Liderlərin gecə rejimi: Heydər Əliyev haqda maraqlı fakt – Siyahıda daha kimlər var?

Əziz Əlibəyli

Ekspert bildirib ki, sosializm və kapitalizm arasında qarşıdurma, müxtəlif risklər, eləcə də Karib böhranı, Berlin divarı problemi, Vyetnam savaşı və Süveyş böhranı kimi ardıcıl proseslər 1945-ci ildən 1990-cı illərə qədər fasiləsiz davam edib:

“Həm daxili nəzarət, həm də xarici təhdidlərə qarşı daim ayıq olmaq zərurəti liderlərin iş rejimini daha da ağırlaşdırırdı. Bu dövrdə yalnız Tetçer və Kastro az yatmağı şəxsi fəlsəfə kimi vurğulayıblar. Ümumi yanaşmaya görə isə liderlər hesab edirdilər ki, çox yatmaq zaman itkisidir və strateji üstünlüyü əldən vermək təhlükəsi var. SSRİ rəhbərləri, o cümlədən Politbüro üzvləri və respublika rəhbərləri gündə 16 saata qədər işləyiblər. İş rejimini mərkəzləşdirilmiş qərarvermə sistemi və yerli rəhbərlərin daimi hesabatlılıq, eləcə də təzyiq altında fəaliyyət göstərməsi müəyyənləşdirirdi. Üstəlik, 15 respublikanın paytaxtları müxtəlif vaxt qurşaqlarında yerləşsə də, bütün idarəetmə Moskvanın vaxtına uyğunlaşdırılırdı. Ümumilikdə gec yatan liderlər çox zaman ölkələrini ağır vəziyyətlərdən çıxaran şəxslər olublar. Heydər Əliyev də Azərbaycan dövlətçiliyinə ciddi təhlükələrin yarandığı 1993–1994-cü illərdə gecələr yuxusuz qalaraq xalqı meydanlara səsləyib, vəziyyətin sabitləşməsində həlledici rol oynayıb. Bu mənzərə bütövlükdə soyuq müharibə dövrü üçün xarakterik idi”.

Oxşarxəbərlər

İran Hörmüz boğazını “qıfılladı”: Heç bir gəmi icazəsiz keçə bilməz
Dünya

İran Hörmüz boğazını “qıfılladı”: Heç bir gəmi icazəsiz keçə bilməz

11/04/2026 20:32
56
Ermənistanla BAĞLI ŞOK: Paşinyanın yerinə onlar gəlsə, MÜHARİBƏ BAŞLAYACAQ
Dünya

Ermənistanla BAĞLI ŞOK: Paşinyanın yerinə onlar gəlsə, MÜHARİBƏ BAŞLAYACAQ

11/04/2026 20:18
63
SON DƏQİQƏ! ABŞ İranın bu tələblərini QƏBUL ETDİ
Dünya

SON DƏQİQƏ! ABŞ İranın bu tələblərini QƏBUL ETDİ

11/04/2026 19:51
55
Tramp: ABŞ Hörmüz boğazında təmizliyə başlayır
Dünya

Tramp: ABŞ Hörmüz boğazında təmizliyə başlayır

11/04/2026 19:50
57
İraqın yeni prezidenti o oldu
Dünya

İraqın yeni prezidenti o oldu

11/04/2026 19:40
55
İran heyəti İslamabadda “qırmızı xətti”ni elan etdi
Dünya

İran heyəti İslamabadda “qırmızı xətti”ni elan etdi

11/04/2026 19:11
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Yeddi aya yağan yağış iki gündə yağdı – Video

Yeddi aya yağan yağış iki gündə yağdı – Video

11/04/2026 23:23
55
Bu evlərə su, işıq və qaz veriləməyək – VİDEO

Bu evlərə su, işıq və qaz veriləməyək – VİDEO

11/04/2026 22:35
56
“İlham baba mənə “KamAZ” göndərdi” – VİDEO

“İlham baba mənə “KamAZ” göndərdi” – VİDEO

11/04/2026 20:49
55
İran Hörmüz boğazını “qıfılladı”: Heç bir gəmi icazəsiz keçə bilməz

İran Hörmüz boğazını “qıfılladı”: Heç bir gəmi icazəsiz keçə bilməz

11/04/2026 20:32
56

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
150

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
65

123

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
137

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In