Fələstin klubu “Shabab Rafah”ın oyunçusu Məhəmməd Əl-Satri İsrail hərbçiləri tərəfindən öldürülüb.
Gündəm24.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Rafah şəhərinin şimalında, Qəzza Humanitar Fondu (GHF) yardım paylama mərkəzinin yaxınlığında baş verib.
Əl-Satri işğalçı qüvvələrin hücumu nəticəsində vurularaq vəhşicəsinə qətlə yetirilib.
Mövlam RZALI,
Gündəm24.az













