Epşteyn işi ilə bağlı yeni dərc olunmuş sənədlərdə adı hallanan Bill Qeyts iddialara cavab verib. Qeyts ittihamları rədd edərək, Ceffri Epşteynlə görüşlərindən peşman olduğunu bildirib. Onun keçmiş həyat yoldaşı Melinda Frenç Qeyts bildirib ki, bu proses onların evliliyində “ağrılı” izlər buraxıb.
Gündəm24.az xəbər verir ki, Bill Qeyts Epşteyn işi ilə bağlı yeni açıqlama verib. Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Qeyts bildirib ki, Epşteynlə keçmiş görüşləri “böyük səhv” olub və ittihamlarla heç bir əlaqəsi yoxdur. O, yalnız yemək üçün görüşdüyünü, heç vaxt adaya getmədiyini və qanunsuz fəaliyyətlə əlaqəsi olmadığını vurğulayıb.
Qeytsin sözçüsü əvvəlcə iddiaların tamamilə əsassız olduğunu açıqlayıb və sənədlərin yalnız Epşteynin Qeytsə qarşı qəzəbini göstərdiyini qeyd edib.
Həmçinin, keçmiş həyat yoldaşı Melinda Qeyts podkastda sənədlərin onun üçün evlilik dövrünün ağrılı xatirələrini xatırlatdığını, amma bu qarışıqlıqdan uzaq olduğu üçün xoşbəxt olduğunu bildirib. Hüquq mütəxəssisləri vurğulayır ki, Qeytsin adının sənədlərdə qeyd edilməsi özü-özlüyündə rəsmi ittiham anlamına gəlmir və onun Epşteynlə görüşləri xeyriyyə və ianə fəaliyyətləri çərçivəsində olub.
Sədaqət Həsənova














