Şənbə, Fevral 28, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd olundu: yeni kitab təqdim edildi, möhtəşəm sərgi açıldı

12/12/2025 14:49
Manşet, Qərbi Azərbaycan
55 2
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd olundu: yeni kitab təqdim edildi, möhtəşəm sərgi açıldı
72
Baxış sayı

4 dekabr 2025-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin Səttar Bəhlulzadə zalında Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, realist dəzgah rəngkarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunan möhtəşəm tədbir keçirilib.

Yubiley çərçivəsində “Mirzə Qədim İrəvani: Zamanların qovşağında” kitabının təqdimatı və “Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” adlı sərginin açılış mərasimi baş tutub.

Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, tanınmış rəssamlar, sənətşünaslar, eləcə də mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

Mərasim zalda bərqərar olmuş xüsusi atmosferlə — rəssamın məşhur “Bülbül və qızılgül” kompozisiyasının müasir interpretasiyası, bülbül səsi və gül ətrinin müşayiəti ilə başlayıb.

Tədbiri ilk olaraq Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış sözü ilə açaraq Azərbaycan təsviri sənət tarixində Mirzə Qədim İrəvaninin xüsusi yerini vurğulayıb.

Daha sonra Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Gürcüstan Milli Muzeyinin direktor müavini Mixeil (Muxai) Sereteli və kitabın müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMİM-in Elmi-tədqiqat şöbəsinin müdiri Telman İbrahimli rəssamın irsi və sərginin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Təqdim olunan “Mirzə Qədim İrəvani: Zamanların qovşağında” kitabı rəssamın həyatı, yaradıcılığı, dövrün mədəni mühiti və yeni elmi araşdırmaları əhatə edir. Kitab beş müəllifin — İrina Kaşaridze, Aytən Əhmədova, Şirin Məlikova, Nazim Mustafa və Telman İbrahimlinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib.

Açılan sərgidə Mirzə Qədim İrəvaninin Azərbaycan və Gürcüstan muzeylərində qorunan gül və bülbül motivli əsərləri, “Fətəli şah”, “Qacar şahzadəsi Mah Tələt xanım”, “Qacar şahzadəsi Vəcihulla Mirzə” kimi məşhur portretləri, bədii tikmə və divar rəsmləri üçün hazırlanmış trafaretləri nümayiş olunur. Ekspozisiyanın ən diqqətçəkən hissələrindən biri vaxtilə İrəvanın memarlıq incisi sayılan Sərdar sarayının divarlarını bəzəmiş monumental rəngkarlıq nümunələrinin ekranda bərpası və təqdimatı olub.

Tədbirin sonunda “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş etdirilib.

Qeyd edək ki, Mirzə Qədim İrəvani irsinin həm milli, həm də regional miqyasda yenidən dəyərləndirilməsi məqsədi daşıyan bu yubiley tədbiri Mirzə Qədim İrəvani irsinin geniş ictimai təqdimatı və sənət aləmində yenidən qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>

Oxşarxəbərlər

“Qərbi Azərbaycan və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib
Manşet

“Qərbi Azərbaycan və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

27/02/2026 20:20
97
Prezident fərman imzaladı
Manşet

Prezident fərman imzaladı

27/02/2026 17:39
54
İlham Əliyev onu vəzifəsindən geri çağırdı – Yeni təyinatlar
Manşet

İlham Əliyev onu vəzifəsindən geri çağırdı – Yeni təyinatlar

27/02/2026 17:35
57
Prezidentdən “İçərişəhər” Qoruq İdarəsi ilə bağlı fərman
Manşet

Prezidentdən “İçərişəhər” Qoruq İdarəsi ilə bağlı fərman

27/02/2026 17:23
70
Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir – Sərəncam
Manşet

Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq edilir – Sərəncam

27/02/2026 17:13
60
Ukrayna PUA-ları Kursk və Taqanroqda dağıntılara səbəb oldu
Dünya

Ukrayna PUA-ları Kursk və Taqanroqda dağıntılara səbəb oldu

27/02/2026 16:59
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ceyhun Bayramov Türkmənistanın xarici işlər nazirinin müavini ilə görüşdü

Ceyhun Bayramov Türkmənistanın xarici işlər nazirinin müavini ilə görüşdü

27/02/2026 21:32
75
“Qərbi Azərbaycan və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

“Qərbi Azərbaycan və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

27/02/2026 20:20
97
Lənkəran Dövlət Universitetində imtahandan keçmiş tələbədən İDDİA: “Nəticələr iki ay sonra dəyişdirildi” – RƏSMİ CAVAB

Lənkəran Dövlət Universitetində imtahandan keçmiş tələbədən İDDİA: “Nəticələr iki ay sonra dəyişdirildi” – RƏSMİ CAVAB

27/02/2026 20:03
61
Azərbaycanda ardıcıl zəlzələlər: bir neçə rayonda hiss edildi – FOTO/YENİLƏNİB

Azərbaycanda ardıcıl zəlzələlər: bir neçə rayonda hiss edildi – FOTO/YENİLƏNİB

27/02/2026 19:49
63

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
“Qərbi Azərbaycan və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

“Qərbi Azərbaycan və ortaq dəyərlər” mövzusunda tədbir keçirilib

27/02/2026 20:20
97

Ukrayna PUA-ları Kursk və Taqanroqda dağıntılara səbəb oldu

Ukrayna PUA-ları Kursk və Taqanroqda dağıntılara səbəb oldu

27/02/2026 16:59
59

Həftəlik əməliyyat: Dörd icmanın azad olunması cəbhədə irəliləyiş kimi qiymətləndirilir

Həftəlik əməliyyat: Dörd icmanın azad olunması cəbhədə irəliləyiş kimi qiymətləndirilir

27/02/2026 16:56
67

Orallı xəbərdarlıq edir: Raket hücumları regional enerji təhlükəsizliyini sarsıda bilər

Orallı xəbərdarlıq edir: Raket hücumları regional enerji təhlükəsizliyini sarsıda bilər

27/02/2026 16:09
54

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In