Rusiyanın Budapeşt Memorandumunu pozduğuna dair ittihamları rədd edən Zaxarova, Kiyevin xüsusi hərbi əməliyyat başlamazdan əvvəl dostluq müqaviləsini sistematik şəkildə pozduğunu qeyd etdi.
Gündəm24.az xəbər verir ki,Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, sözçü Mariya Zaxarova Kiyev rəhbəri Vladimir Zelenskinin Budapeşt Memorandumunun pozulması ittihamlarına cavab verib. O bildirib ki, memorandum və nüvə silahlarının yayılmaması ilə bağlı zəmanətlər Ukraynanın ərazi bütövlüyünün itirilməsi ilə əlaqəli deyil və daxili siyasi və sosial-iqtisadi vəziyyətlərə tətbiq edilə bilməz.
Zaxarova xatırladıb ki, sənəd 1994-cü ildə Rusiya, Ukrayna, ABŞ və Böyük Britaniya tərəfindən imzalanıb; Ukrayna nüvəsiz dövlətə çevrilib və tərəfdaş ölkələr onun təhlükəsizliyinə zəmanət verib. Rus diplomat həmçinin vurğulayıb ki, Kiyev Dostluq, Əməkdaşlıq və Tərəfdaşlıq Müqaviləsini pozub və Ukraynanın Krım, Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin Rusiya ilə birləşməsi daxili proseslərin nəticəsidir.
Sədaqət Həsənova














