Kreml daha əvvəl Zelenskinin Putinlə danışıqlar üçün Moskvaya açıq dəvət aldığını və gələcəyi təqdirdə Rusiyanın onun təhlükəsizliyini təmin edəcəyini təsdiqləmişdi.
Gündəm24.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşdə israr edən tərəf Vladimir Zelenski olub. Onun sözlərinə görə, Putin Zelenskini heç yerə dəvət etməyib və görüş təşəbbüsü Kiyevdən gəlib. Peskov vurğulayıb ki, Putin yalnız Moskvada görüşməyə hazır olduğunu açıq şəkildə bildirib. Kreml daha əvvəl Zelenskinin Moskvaya gələrsə, təhlükəsizliyinin tam təmin ediləcəyini təsdiqləmişdi. Buna baxmayaraq, Rusiya konkret təklif irəli sürdükdən sonra Zelenski mövqeyini dəyişərək görüşün Kiyevdə keçirilməsini istədiyini açıqlayıb.
Sədaqət Həsənova













