Dmitri Peskov növbəti görüşün başlama vaxtını dəqiqləşdirməyib.
Gündəm24.az xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, zərurət yaranarsa, Əbu-Dabidə keçiriləcək yeni ekspert danışıqları bir gündən çox davam edə bilər. Danışıqların müddəti ilə bağlı suala cavab verən Peskov, “Lazım gələrsə, bəlkə iki gün, bəli”, deyib və növbəti görüşün başlama vaxtının hələ dəqiqləşdirilmədiyini qeyd edib.
Xatırladaq ki, yanvarın 23-də Əbu-Dabidə üçtərəfli təhlükəsizlik məsləhətləşmələrinin ilk günü keçirilib, ikinci görüş isə yanvarın 24-də baş tutub. Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov, Ukrayna tərəfinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edib.
Yanvarın 28-də Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Ukrayna böhranının həlli ilə bağlı Əbu-Dabidə aparılan üçtərəfli danışıqların fevralın 1-də davam etdirilməsi planlaşdırılır.
Sədaqət Həsənova














