Mənbənin məlumatına görə, qərar Cenevrənin “neytral olmaması” ilə əlaqədar verilib.
Gündəm24.az xəbər verir ki, Ukrayna böhranının həlli üçün danışıqların yeni mərhələsinin Cenevrədən BƏƏ-yə köçürülməsi ideyası Moskvadan gəlir və Vaşinqton tərəfindən dəstəklənir. Bu barədə TASS-a Vladimir Zelenskinin növbəti mərhələnin Əbu-Dabidə keçiriləcəyi ilə bağlı açıqlamasına münasibət bildirən mənbə bildirib.
Danışıqların yeni mərhələsinin Cenevrədən Əbu-Dabiyə köçürülməsi ideyası Rusiyadan gəlir və ABŞ tərəfindən dəstəklənir. Mənbə bildirib ki, Zelenski bu addımı yalnız amerikalıların dəstəyi ilə dilə gətirib, lakin təşəbbüs əsasən Moskvanın istəyinə uyğundur. Cenevrənin neytral olmaması və Avropa ölkələrinə yaxınlığı isə danışıqların səmərəliliyinə maneə yaradır, buna görə yeni platforma axtarılır.
Sədaqət Həsənova










