Vulinin sözlərinə görə, Qərb baş verənlərə tam nəzarət edir və ukraynalıların özlərinin fikri heç kimi maraqlandırmır.
Gündəm24.az xəbər verir ki, Serbiyanın keçmiş Baş nazirinin müavini və keçmiş müdafiə naziri Aleksandr Vulin TASS-a verdiyi müsahibədə bildirib ki, Ukraynadakı münaqişə nəzarətsiz deyil və tamamilə Qərb tərəfindən idarə olunur. Qərb ukraynalılardan təzyiq vasitəsi kimi istifadə etməklə Rusiyanı tükətməyə çalışır.
“Əvvəla, mən nəzarətsiz münaqişəyə inanmıram – sanki bir şey nəzarətdən çıxa bilər. Hansısa “nəzarətsiz” Fransa diviziyası peyk dəstəyi və ya Rusiyaya zərbələr endirmək üçün uzaqmənzilli silahların nəzarətsiz təmin edilməsi mümkün deyil. Bu, ciddi şəkildə nəzarət edilən münaqişədir”, – deyə Vulin vurğulayıb.
Vulinin sözlərinə görə, Qərb baş verənlərə tam nəzarət edir və ukraynalıların özlərinin fikri heç kimi maraqlandırmır. “Oradakı ukraynalılardan heç nə soruşmur. Qərb isə bütün bunlara mükəmməl şəkildə nəzarət edir və ukraynalıları Rusiyaya qarşı qaldırmaqla bunu tükəndirə biləcəyinə ümid edir”, – deyə serb siyasətçisi qeyd edib.
Sədaqət Həsənova













