NATO müttəfiqləri Rusiya pilotsuz uçuş aparatları və hərbi təyyarələri ilə bağlı insidentlərə necə reaksiya veriləcəyi məsələsində ortaq mövqeyə gələ bilmirlər.
Gündəm24.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, alyans ölkələri Rusiya tərəfindən hava məkanının pozulmasına qarşı cavab tədbirlərinin koordinasiyasında çətinlik çəkir və açıq şəkildə bir-birilə razılaşmırlar.
Nəşr yazır ki, bu vəziyyət NATO daxilində “narahatedici parçalanmaları” üzə çıxarır.
Estoniya və Polşa Rusiyanın təhdidlərinə qarşı daha sərt mövqe sərgiləyərək alyansa təzyiq göstərir. Almaniya isə Moskvanın “tələsinə düşmək riskini” əsas gətirərək daha ehtiyatlı mövqe sərgiləməyə çağırır.
Agentlik bildirir ki, ABŞ-ın mövqeyi hələ də qeyri-müəyyən olaraq qalır.
Mövlam RZALI,
Gündəm24.az













