Bazar, Fevral 15, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Oğlum məni sizə əmanət edib” – Şəhid anası

13/01/2026 20:25
Manşet, Siyasət
57 1
“Oğlum məni sizə əmanət edib” – Şəhid anası
73
Baxış sayı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb.

Gündəm24.az-ın məlumatına görə, burada dövlət başçısı ilə şəhid anasının maraqlı söhbəti baş tutub.

Qadın sakin: Mən Ağdərənin Çapar kəndindənəm. Mən bir şəhidin anasıyam, bir şəhidin də bacısıyam.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Qadın sakin: Bu gün mənim yanımda ikinci bir oğlum yoxdur. Azərbaycanın qeyrətli oğlanları mənim oğlumdur. Oğlum məni Sizə əmanət edib. Mən Azərbaycanın bütün şəhid anaları adından Sizə “Qarabağın qəhrəman oğlu” deyirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Siz də bizim ata yurdumuza, şəhidlərin qanı qədər, haqqı qədər müqəddəs olan Qarabağa, Ağdərəyə xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı, canı bahasına, qəhrəman döyüşçülərimizin şücaəti, rəşadəti hesabına biz bu gün bu torpaqlardayıq. Biz şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Onu da bildirməliyəm ki, şəhidlərimizin qanını artıq biz döyüş meydanında aldıq. Onların qanı yerdə qalmayıb. İşğal dövründə dəfələrlə bu sözləri biz eşitmişik, işlətmişik və bu arzularla yaşamışıq. Çünki torpaqların itirilməsi, böyük sayda şəhidlərin şəhadətə ucalması – bütün bu ədalətsizliklər bizi xalq olaraq çox incidirdi, ancaq bizi sarsıtmadı. Biz əyilmədik, iradəmizi göstərdik və döyüş meydanında həm şəhidlərimizin qisasını aldıq, həm də torpaqlarımızı qaytardıq. Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra da bir gün ərzində. Biz şanlı Zəfərimizi, Zəfər yürüşümüzü iki mərhələyə bölərək həm də cavanlarımızı qoruduq. Çünki əgər 2020-ci il noyabrın 10-da müharibə dayanmasaydı, bəlkə də minlərlə şəhid verməli olacaqdıq. O cümlədən, bax burada, bu dağlarda, Ağdərə dağlarında, Kəlbəcər dağlarında, Laçın dağlarında, Ağdamın minalanmış zolaqlarında minlərlə şəhid verə bilərdik. Biz onları qoruduq, onları qurban vermədik. Ancaq bilirdik ki, gün gələcək və biz bütün Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, mənfur düşməni torpaqlarımızdan qovacağıq və tam Qələbə qazanacağıq. İndi də burada, – bir tərəfdə şəhid anası, bir tərəfdə ağbirçək, – sizinlə bərabər durmuşuq. Bu, çox xoşbəxt bir hissdir, xoşbəxt bir gündür, gözəl bir gündür. Sizi ürəkdən təbrik edirəm, burada xoşbəxt yaşayın. Sağ olun.

Oxşarxəbərlər

İlham Əliyev Münhendə bolqarıstanlı həmkarı ilə görüşdü – FOTOLAR
Manşet

İlham Əliyev Münhendə bolqarıstanlı həmkarı ilə görüşdü – FOTOLAR

14/02/2026 13:58
54
“Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
Manşet

“Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı

14/02/2026 12:39
55
Uçuş zamanı yumruq davası – təyyarə məcburi endirildi
Dünya

Uçuş zamanı yumruq davası – təyyarə məcburi endirildi

14/02/2026 10:47
52
Cenevrə görüşü genişlənir: Vitkoff və Kuşner də masada
Dünya

Cenevrə görüşü genişlənir: Vitkoff və Kuşner də masada

14/02/2026 10:09
52
Paşinyan da mənimlə eyni fikirdədir – İlham Əliyev
Manşet

Paşinyan da mənimlə eyni fikirdədir – İlham Əliyev

14/02/2026 09:49
57
ABŞ-ın Vitse-prezidentinin səfəri çox mühüm idi – İlham Əliyev
Manşet

ABŞ-ın Vitse-prezidentinin səfəri çox mühüm idi – İlham Əliyev

14/02/2026 09:21
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Naxçıvanda dəm qazından zəhərlənənlərin sayı 7-yə çatdı

Naxçıvanda dəm qazından zəhərlənənlərin sayı 7-yə çatdı

14/02/2026 14:44
53
Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi

Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi

14/02/2026 14:24
56
İlham Əliyev Münhendə bolqarıstanlı həmkarı ilə görüşdü – FOTOLAR

İlham Əliyev Münhendə bolqarıstanlı həmkarı ilə görüşdü – FOTOLAR

14/02/2026 13:58
54
Azərbaycanda 18 hotelin ulduz kateqoriyası ləğv olundu

Azərbaycanda 18 hotelin ulduz kateqoriyası ləğv olundu

14/02/2026 13:55
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Uçuş zamanı yumruq davası – təyyarə məcburi endirildi

Uçuş zamanı yumruq davası – təyyarə məcburi endirildi

14/02/2026 10:47
52

Cenevrə görüşü genişlənir: Vitkoff və Kuşner də masada

Cenevrə görüşü genişlənir: Vitkoff və Kuşner də masada

14/02/2026 10:09
52

Alovlar sənaye zonasını bürüdü: vəziyyət ağırlaşır

Alovlar sənaye zonasını bürüdü: vəziyyət ağırlaşır

14/02/2026 07:47
52

Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir

Vaşinqtondan sərt siqnal: İran istiqamətində hərbi planlar genişlənir

14/02/2026 07:40
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In