Bazar ertəsi, May 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ombudsman Bəyanat yaydı

06/11/2025 10:14
CƏMİYYƏT, Manşet, Siyasət
43 2
Ombudsman Bəyanat yaydı
57
Baxış sayı

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar Bəyanat yayıb.

Gündəm24.az bəyanatı təqdim edir:

“2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri işğal siyasətini davam etdirmək məqsədilə azərbaycanlı mülki əhalinin sıx yaşadığı yaşayış məntəqələrini intensiv şəkildə və ağır silahlardan istifadə etməklə atəşə tutaraq müharibə cinayətləri törətmişdir. Nəticədə çoxsaylı dinc insanlar həlak olmuş, yaralanmış, mülki, inzibati və sosial obyektlər dağıdılmışdır.

Bu hərəkətlərlə Ermənistan beynəlxalq hüququn, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, gücdən istifadə etməmək və mübahisələri sülh yolu ilə həll etmək prinsiplərini pozaraq, Azərbaycanın suveren ərazisinə hərbi təcavüz etməklə sülh və təhlükəsizliyə, insanların həyat və sağlamlığına ciddi təhdidlər yaratmışdır.

Azərbaycan BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək, vətəndaşların həyat və sağlamlığının müdafiəsi, otuz ilə yaxın müddət ərzində işğal altında qalmış torpaqlarımızın azad olunması məqsədilə əks-hücum əməliyyatları həyata keçirmişdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, xalqımızın həmrəyliyi ilə rəşadətli ordumuz cəmi 44 gün ərzində ərazilərimizi işğaldan azad etdi və bununla da tarixi uğura imza atmaqla şanlı Zəfər sevincini xalqımıza yaşatdı.

Müharibədən sonrakı dövrdə sülh və əmin-amanlıq üçün təhlükə yaradan separatçı qüvvələrin təxribat əməllərinin qarşısının alınması, habelə insan hüquq və azadlıqlarının qorunması məqsədilə 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatları həyata keçirildi. Vətən müharibəsi və antiterror tədbirləri zamanı əldə olunmuş qələbə nəticəsində dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam təmin edildi, regionda insan hüquq və azadlıqlarının qorunması üzrə geniş imkanlar yarandı.

Cari ilin avqust ayında ümumilikdə Cənubi Qafqazda dayanıqlı sülhün təmini məqsədilə Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton şəhərində görüşü zamanı “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması ilə regionda yaşayan xalqların sülh şəraitində, bir-birlərinin daxili işlərinə qarışmadan firavan həyat sürmələri üçün münbit şəraitin əsası qoyulmuşdur.

Bütün müsbət irəliləyişlərə baxmayaraq, işğal və müharibə dövründə itkin düşmüş soydaşlarımızın taleyinin aydınlaşdırılması, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərimizə təhlükəsiz və ləyaqətli qayıdış hüququnun tam təmini və minatəmizləmə prosesinin sürətləndirilməsi məqsədilə dəqiq mina xəritələrinin ölkəmizə təqdim olunması kimi həlli vacib olan problemlər isə hələ də qalmaqdadır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq qeyd etmək istərdim ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatları beynəlxalq hüquq normalarının təmini, müharibə nəticəsində pozulmuş insan hüquq və azadlıqların bərpası, dayanıqlı inkişafın və daimi sülhün bərqərar edilməsi üçün birgə təşəbbüslərini əsirgəməməlidir”.

Ombudsman ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması uğrunda mübarizədə həyatlarını itirmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, ölkəmizə, regiona və dünyaya davamlı sülh, əmin-amanlıq arzulayıb.

Oxşarxəbərlər

Sabah yağış yağacaq – PROQNOZ
CƏMİYYƏT

Sabah yağış yağacaq – PROQNOZ

24/05/2026 12:40
55
Avtomobil bazarında yeni böhran: Sintetik yağlara limit qoyuldu
CƏMİYYƏT

Avtomobil bazarında yeni böhran: Sintetik yağlara limit qoyuldu

24/05/2026 10:31
54
Leyla Əliyeva Bakıda toyda – VİDEO
CƏMİYYƏT

Leyla Əliyeva Bakıda toyda – VİDEO

24/05/2026 08:28
56
Bu uşağın valideynləri axtarılır – FOTO
CƏMİYYƏT

Bu uşağın valideynləri axtarılır – FOTO

23/05/2026 23:21
66
Şəkərin qiyməti düşəcək?
CƏMİYYƏT

Şəkərin qiyməti düşəcək?

23/05/2026 21:03
63
Qeyri-iş günləri ilə bağlı SON MƏLUMAT
CƏMİYYƏT

Qeyri-iş günləri ilə bağlı SON MƏLUMAT

23/05/2026 19:17
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

24/05/2026 12:40
55
Etirazlar ALOVLANDI: Polis və etirazçılar QARŞI-QARŞIYA – Bu ölkədə

Etirazlar ALOVLANDI: Polis və etirazçılar QARŞI-QARŞIYA – Bu ölkədə

24/05/2026 12:30
57
Tahir İmanovdan deputata cavab – “Uşaqpulu verilsə, insanlar lüt gəzəcək və…” – VİDEO

Tahir İmanovdan deputata cavab – “Uşaqpulu verilsə, insanlar lüt gəzəcək və…” – VİDEO

24/05/2026 12:27
59
Bakıda 22 yaşlı oğlan qəfil vəfat etdi – Foto

Bakıda 22 yaşlı oğlan qəfil vəfat etdi – Foto

24/05/2026 12:20
56

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
64

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

22/05/2026 16:38
56

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

22/05/2026 15:14
56

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

22/05/2026 14:45
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.