Kremlin sözçüsü Peskov Rusiya kəşfiyyatının Kiyev rejiminin Türk Axını və Mavi Axın təbii qaz boru kəmərlərinə qarşı təxribat cəhdlərini aşkar etdiyini açıqladı. Sputnik-ə danışan dosent Levent Ersin Orallı enerji infrastrukturuna təhdidlərin beynəlxalq hüquqa və enerji təchizatı təhlükəsizliyinə açıq bir problem yaratdığını bildirdi.
Gündəm24.az Sputnik Türkiye-yə istinadən xəbər verir ki, Kreml bir daha Kiyev rejiminin Rusiyanın enerji infrastrukturuna hücum cəhdlərini vurğulayıb. Kremlin sözçüsü Dmitri Peskov Rusiya kəşfiyyat xidmətlərinin Türk Axını və Mavi Axın təbii qaz boru kəmərlərini hədəf alan təxribat cəhdlərini aşkar etdiyini və bu məlumatın Türkiyə tərəfinə çatdırıldığını açıqlayıb. Rusiya prezidenti Vladimir Putin isə FSB iclasında boru kəmərlərinə qarşı hazırlıq barədə məlumatların olduğunu bildirib.
Xarici siyasət üzrə ekspert Levent Ersin Orallı Sputnik-ə açıqlamasında bunun regional və qlobal enerji təhlükəsizliyinə ciddi təsir göstərə biləcəyini bildirib. Onun sözlərinə görə, hər hansı potensial təxribat enerji təchizatında fasilələr, qiymət dalğalanmaları, sənaye istehsalında çətinliklər və elektrik enerjisi xərclərinin artmasına səbəb ola bilər.
Orallı həmçinin qeyd edib ki, enerji boru kəmərlərinə qarşı təhdidlər beynəlxalq hüquq və enerji təchizatı təhlükəsizliyi üçün ciddi risk yaradır. Türkiyənin enerji infrastrukturu milli təhlükəsizliyin ayrılmaz hissəsi olaraq, boru kəmərlərinin qorunması həm diplomatik, həm də hərbi tədbirlərlə təmin edilməlidir.
Sədaqət Həsənova












